Müxalifət partiyaları öz oxları ətrafında fırlanır - AÇIQLAMA

Elxan Şahinoğlu: “Rejissor Azərbaycana gəlməyəcəksə, Milli Şuranın gələcək fəaliyyətindən danışmaq yersizdir”

Milli Şuranın iclasından və keçirilən brifinqdən sonra mətbuatda sensasion məlumat yayılıb. Belə ki, səsvermənin nəticələrindən narazı qalan "EL" Hərəkatı, ACP, KXCP və ALP toplantını tərk edib. Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu hesab edir ki, artıq Milli Şuranın vahid namizəd məsələsi müşkülata çevrilib. İndiyədək məsələ həll olunmalı idi. E.Şahinoğlunun sözlərinə görə qurumun keçirilən toplantılarının ard-arası kəsilmir, Rüstəm İbrahimbəyov Azərbaycana gəlmək istəmir. Namizədin kim olması barədə diskussiyalar səhv istiqamətə gedir: "Müxaliflər alternativ namizəd axtarışına çıxıblar, amma adları çəkilən şəxslər də məsələyə qoşulmaq istəmirlər. Ümumlikdə Milli Şurada uğurlu gedişlər müşahidə olunmur". Politoloq hesab edir ki, namizəd məsələsinin həll edilməsinin arxasında duran əsas səbəb müxalifət partiyalarının həmişə yaratdıqları birliklərdə öz mövqelərindən çıxış etməsidir. Müxalifət 20 ildir yaratdığı qurumları öz əlilə dağıdır. Hərə yorğanını öz üzərinə çəkir. İlk baxışda müttəfiq olduğu zənn edilən partiyalar arasında da nifaq yaranır. E.Şahinoğlu bildirdi ki, Milli Şura ideyasının müəllifi Rüstəm İbrahimbəyovdur: "Onun adına görə partiyalar şuraya axışmağa başladılar. R.İbrahimbəyov yoxdursa, demək ki, Milli Şura dağılacaq. Birlikdə təmsil olunana partiyalar öz yolu ilə gedəcək. Çünki qurumu elə partiyalar təşkil edib ki, onların heç biri digərini qəbul etmir. Rejissor Azərbaycana gəlməyəcəksə, Milli Şuranın gələcək fəaliyyətindən danışmaq yersizdir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00