Milli Şura tarixin arxivinə atılmağa məhkumdur
“Onlar gülüş obyektinə çevriliblər”
19 Avqust 2013 16:27 Siyasət"Milli Şura adlandırılan bu qurumda təmsil olunan partiyalar tarixin arxivinə atılmağa məhkumdurlar". Bu fikirləri "OLAYLAR"-a Canımız Azərbaycan Partiyasının sədri Ramiz Tağıyev Milli Şuranın 18 avqust aksiyasına münasibət bildirərkən səsləndirib. Bildirib ki, Milli Şuranın nisbətən mütəşəkkil bir tədbir keçirəcəyinə ümid edib: "Açığı bu rüsvayçılıqdır. Hakimiyyətə iddialı olan bir neçə partiya ortalığa min nəfər çıxara bilmir. Nəzərə alsaq ki, ora toplaşanların yarısı mətbuat nümayəndələri olub, onda Milli Şuranin hansı gücə malik oldugu aşkar olar". Ramiz Tağıyev deyib ki, mitinqdə çıxış edənlər də yeni nə isə söyləyə bilmədilər: "Səviyyə də on il əvvəlkindən heç nə ilə fərqlənmədi. Onlar xalq arasında artıq "milli şuriklər" kimi tanınaraq gülüş obyektinə çevriliblər. Hesab edirəm ki, özlərini daha komik duruma salmadan siyasi meydandan cəkilməyi bacarmalıdırlar. Onlara gücsüzlüklərini sübut etmək üçün tərəfdarlarımla elə həmin meydanda mitinq keçirməyi planlaşdırmışıq".