Misirin tarana çevrilmiş qanlı generalı devriləcək - Elşən Mustafayev

“Misirdə yaranmış demokratiyanı qorumaq lazım gəlirdi ki, bu da Məhəmməd Mursini hakimiyyətdə saxlamaqdan keçirdi”

Məhəmməd Mursini zor gücünə hakimiyyətdən uzaqlaşdıran qanlı general devriləcəkmi? - sualına AMİP sədrinin Beynəlxalq məsələlər üzrə katibi Elşən Mustafayev cavab verdi:

"Misirdə cərəyan edən proseslər o mərhələyə keçib ki, müvəqqəti hökumət hadisələri normal sonluqla nəticələndirə bilməsə, ölkədə qanlı diktator rejim formalaşacaq. Hüsnü Mübarək devriləndən sonra "Müsəlman Qardaşları" demokratik yolla hakimiyyətə gəldi. Demokratiyanın, çoxluğun səs verdiyi Mursini devirən hərbi xuntanın özünün devrilməsi qaçılmazdır. Xarici qüvvələrdən dəstək alan general (müdafiə naziri əl-Sisi) qısa müddətdən sonra daxildə xalqın böyük əksəriyyətinin ona qarşı ayağa qalxmasının şahidi olacaq. Misirdə baş verən hadisələr bütün dünya ictimaiyyətini narahat etməlidir. Çünki Misir Yaxın Şərqdə elə bir mövqedə yerləşir ki, bu ölkədə baş verən gərginlik "domino effekti"lə digər dövlətlərin üzərinə yıxıla bilər. Burada baş verən elementar səhv Yaxın Şərqi qana çalxalayacaq. Regiondakı vəziyyəti stabil saxlamaq üçün Misirdə yaranmış demokratiyanı qorumaq lazım gəlirdi ki, bu da Məhəmməd Mursini hakimiyyətdə saxlamaqdan keçirdi. Əgər demokratiya qorunub saxlanılıbsa, müvəqqəti hökumət növbəti seçkilərdə məğlub olacaq. Ümumlikdə isə zor gücünə hakimiyyətə gəlmiş qüvvələrdən həmişə taran kimi istifadə olunurlar. Taran isə məqsədə çatandan sonra lazımsız əşyaya çevrilir. General əl-Sisi də eyni xarakterə sahibdir. Bu çərçivədə müvəqqəti hökumətin devrilməsi gözləniləndir". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00