“Srağagündən tanı, bu gün üçüncü gün olsun” - RƏY

Zərdüşt Əlizadə: “Sözdü deyir də, mənasızdır”

Misirin müvəqqəti prezidenti Ədli Mənsur "Twitter" hesabı ilə yazdığı şərhlə misirli səlahiyyətlilərin "erməni soyqırımı"nı tanıyan beynəlxalq müqaviləni imzalayacaqlarını bildirib. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə hesab edir ki, Misirin müvəqqəti hökumətinin qondarma "erməni soyqırımı"nı tanımasının heç bir məntiqi əsası yoxdur. Z.Əlizadənin sözlərinə görə Ədli Mənsurun Misirdəki hakimiyyətini heç bir dövlət, nə də ki, Misir xalqı tanımır: "Sözdü deyir də. Mənasızdır. Hakimiyyətdə olub, ya olmaması, heç kəsin vecinə olmayan Mənsurun qondarma soyqırımı tanımasının heç bir mənası yoxdur. Müvəqqəti prezident ağzından mənasız söz çıxarıb, onun özü qondarma adamdır. Hərbçilər Mənsuru təyin ediblər, o da ağzına gələni danışır. Ona görə də belə insanların dediklərinə fikir vermək lazım deyil". Misir-Türkiyə əlaqələrində soyuqluğun yaranması məsələsinə toxunan Z.Əlizadə qeyd etdi ki, iki dövlət arasındakı əlaqələrin qırılmasının əsas səbəbi rəsmi Ankaranın təkidlə Məhəmməd Mursinin hakimiyyətə qaytarılmasını tələb etməsidir: "Ərdoğan açıq şəkildə dedi ki, Misirdə baş verən qanlı inqilabın arxasında demokratiyanın düşmənləri dayanır. Baş nazir bütün dünyanı Mursi ilə həmrəy olmağa çağırdı. Mənsurun da bunun qarşılığında əlindən heç nə gəlmir, qondarma soyqırımı tanımaqla Türkiyəni qorxutmağa çalışır. Əşşi, cəhənnəmə tanı, sırağa gündən tanı, bu gün üçüncü günü olsun". ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00