Müxalifətin mitinqlərində yalnız partiya üzvləri iştirak edir - AÇIQLAMA
Qabil Hüseynli: “Adamları mitinqlərə çağırmaq üçün məhəllə-məhəllə, qapı-qapı onları meydanlara çağırmağın əhəmiyyəti başa salınmalıdı”
19 Avqust 2013 12:57 Siyasət"Müxalifətin təşkil etdiyi mitinqin sönük keçməsinin səbəbi ondan ibarətdir ki, təkcə insanları meydanlara çağırışlarla iş qurtarmır". Politoloq Qabil Hüseynli Milli Şuranın avqustun 18-də keçirdiyi mitinqə münasibət bildirərkən belə deyib. Q.Hüseynli hesab edir ki, adamları mitinqlərə çağırmaq üçün məhəllə-məhəllə, qapı-qapı onları meydanlara çağırmağın əhəmiyyəti başa salınmalıdı. Politoloqun sözlərinə görə, müxalifət də mitinqin keçirilməsi üçün yerli təşkilatlara göstəriş verir və siyasi partiyaların üzdə olan adamlarını nümayişə cəlb edir: "Partiya üzvü olmayan insanları mitinqlərə cəlb etmək üçün lazımi iş aparılmır və bu adamların da mitinqlərə gəlmək həvəsi olmur. İnsanların siyasi fəallığı da aşağıdır. Bir qisim adamlar da siyasi orientasiyasına - ölkədə gedən ictimai-siyasi proseslərə görə mitinqlərdə iştirak etməyi düzgün hesab etmir. Bu nöqteyi-nəzərdən mitinqlər məsələsində bir neçə kateqoriya ayırmaq mümkündür, bunların heç birilə müxalifət iş apara bilmir. Ona görə də müxalifət öz şirəsində bişməyə məcburdur və bu səblərə görə insanları mitinqlərə cəlb edə bilmirlər". ("OLAYLAR İA")