Qırğızıstandakı soydaşlarımız İlham Əliyevə səs verəcək
19 Avqust 2013 12:25 Siyasət"Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərində İlham Əliyevə səs verəcəklər". Bu barədə məlumatı "OLAYLAR"-a bu ölkədə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sədri Nüsrət Məmmədov verib. Bildirib ki, Qırğızıstan azərbaycanlılarının belə bir seçim etməsi cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın sürətlə inkişaf etməsi və xaricdə yaşayan soydaşlarımıza diqqətin artmasıdır: "Mən bütün Azərbaycan vətəndaşlarına da müraciət edərdim ki, oktyabrın 9-da güclü və qüdrətli Azərbaycana, haqq səsimizi dünyaya çatdiran, bütün dünyanın diqqətini Azərbaycana çəkən böyük liderə - cənab İlham Əliyevə səs versinlər. Hamını Azərbaycan Respublikasının prezidenti, ali baş komandanımız cənab İlham Əliyevin ətrafında möhkəm birliyə, ona səs verməyə cağırıram".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00