İctimai yerlərdə tütün vasitələrinin çəkilməsinə qarşı heş bir iş görülməyib - Deputat
31 May 2023 12:45 Siyasət"İctimai yerlərdə tütün vasitələrinin çəkilməsinə qarşı müvafiq addımların atılması istiqamətində heç bir addım atılmayıb". Olaylar xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bildirib: "İctimai yerlərdə tütün vasitələrinin çəkilməsinin dayandırılması və ya məktəbə yaxın yerlərdə belə məhsulların satılmasının qarşısının alınması ilə bağlı hansısa işlər görülməyib. Milli Məclis bununla bağlı çox yaxşı bir qanun layihəsi qəbul edib. Amma bunun icrası ilə bağlı addımların atılmasını görmürük. Ona görə də bu barədə danışmaq lazımdır ki, 2022-ci ildə niyə bu sahədə addımlar atılmayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31