Deputat parlamentdə şəhid ailələri və qazilərin problemlərini qaldırdı

"Ölkədə problemlərdən biri şəhid ailələri və qazilərin işlə təmin olunmasıdır. Ümumiyyətlə, 2022-ci ildə nə qədər qazi işlə təmin olundu? Nə qədəri işlə təmin olunmadı və səbəbi nədir? Bunlar açıqlanmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bildirib. Deputat çıxışı zamanı qazi və şəhid ailələrinin problemlərini diqqətə çatdırıb. "Qazilik statusu almayan, amma müharibədə iştirak edənlərdən elələri var ki, onların səhhətində problem yaranıb. Həmin şəxslər dərmanları özləri alır, dərmanla təminatda porblemləri var. Onların reseptlərinə köməklik göstərilməlidir. Həkim şəhidimiz polkovnik-leytenat Rasim Abdullayev çox az qalmışdı imtiyazdan yararlanıb ev alsın, amma şəhid olub, deyə ev ala bilmədi. İndi də şəhidin ailəsinə deyirlər ki, Kəlbəcərdə ev tikilsin, sizə ev veriləcək. Kəlbəcərli olaraq onsuz da ona ev veriləcək, amma bir hərbçi kimi imtiyazından yararlanmalıdır. Onun övladı evlənməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31