Əlilliyin qiymətləndirilməsi məsələsi həllini tapmayıb - Deputat

Əlilliyin qiymətləndirilməsi ilə bağlı çoxsaylı müzakirələr aparılsa da məsələ hələ də tam şəkildə həllini tapmayıb. Olaylar xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında millət vəkili Elman Nəsirov deyib. Bildirib ki, məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin möveqeyini öyrənib: "Nazirliyin mövqeyi bundan ibarətdir ki,  "biz məmuruq, həkim və həkim komissiyası deyilik. Tibbi müəssisələri hansı diaqnozu qoyursa biz də Nazirlər Kabinetinin müvafiq siyahısı əsasında əlilliyi müəyyən edirik". Belə məlum olur ki, tibbi müəssisələr sənədləri yarımçıq doldurduqları üçün belə pronblrmlər meydana şıxır".

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31