Ermənistan nə sülhə,  nə də geniş müharibəyə hazır deyil - ÖZƏL

"Həlledici görüş öncəsi təxribatın olacağı həmişəki kimi gözlənilirdi və belə də olur. Ermənistan hakimiyyətini bu təxribatlardan kənar tutub üçüncü tərəf axtarmaq doğru olmaz. İlk növbədə təxribatlarda Ermənistan günahkardır".

Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, onların əsgəri bu təxribatları edir:

"Üçüncü tərəf bunda maraqlı ola bilər, amma təxribat ermənilərin əli ilə edilir. Ermənistan nə sülhə,  nə də geniş müharibəyə hazır deyil. Onlar sadəcə vəziyyətin sülhə uyğun olmadığını göstərmək istəyirlər. Ümidlərini gələcəyə saxlayırlar. Necə Azərbaycan 30 il səbr etməyi bacardı, eləcə də, ermənilər lazım gələrsə bir o qədər gözləyməyə  hazırdırlar".

Politoloq deyib ki, amma Azərbaycan bu dəfə buna hazır deyil:

"Məsələ ondadır ki, Azərbaycanın da edəcəyi real bir şey yoxdur. Biz, ermənilərin yerinə sülh bağlaya bilmərik. Əgər erməni tərəfi bir 30 il də münaqişə vəziyyətində yaşamağı seçsələr, məcbur biz də buna gedəsi olacağıq. Amma Azərbaycan bu dövrdə erməni adlı toplumun kökünü bu torpaqlardan kəsməkdə qərarı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31