Deputat parlamentdə metrodakı sıxlıqdan danışdı
31 May 2023 12:11 SiyasətMillət vəkili Milli Məclisin bu gün keçirilən plenar iclasında metroda sıxlıq məsələsini qaldırıb. Olaylar xəbər verir ki, deputatın sözlərinə görə, Prezident tərəfindən metroda yeni xətlərin istifadəyə verilməsi tövsiyə olunmuşdu: "Xətlərin sayı 5-ə, stansiyaların sayı isə 26-dan 70-ə çatdırılmalı idi. Amma 12 il ərzində cəmi 2 xətt istismara verilib".
Deputat əlavə edib ki, sosial problemlər ucbatından intihar edən, kömək istəyən müharibə əlilləri, yoxsul insanlar ola-ola, büdcədən ayrılan pullara qənaət edilir: "Sosial müdafiəyə ayrılan pullar xərclənmədiyi halda 5-6 ildir, zabitlər ev növbəsindədir. Bölüşdürülməmiş xərclər büdcə xərclərinin 8%-ni təşkil edir ki, bu da narahatlıq doğurur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31