Azərbaycan-İsrail münasibətləri tərəfdaşlıq nümunəsi olmalıdır - İsxak Hersoq
30 May 2023 20:49 SiyasətAzərbaycan-İsrail münasibətləri dövlətlər və xalqlar üçün tərəfdaşlıq nümunəsi olmalıdır.
Olaylar.az trend-ə istinadən bildirir ki, bunu İsrail prezidenti İsxak Hersoq Bakıda İsrailin müstəqilliyinin 75-ci ildönümünün qeyd edilməsinə həsr olunmuş tədbirdə deyib.
"Bizim müttəfiqliyimiz İsrail və Azərbaycan arasında bütün sahələri əhatə edən münasibətlərin inkişafında özünü göstərir. Mən əlaqələrimizdə - texnologiya, elm, səhiyyə, turizm, təhsil, davamlı inkişaf sahələrində - böyük nailiyyətlər gözləyirəm və bu perspektivli siyahı davam edir", - İsxak Hersoq bildirib.
İsrail prezidenti vurğulayıb ki, bu münasibətlər bu yaxınlarda Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılması ilə bir daha təsdiqlənib.
"Azərbaycanın yəhudi icması gözəl Azərbaycan cəmiyyətinin tərkib hissəsi olub və olmaqda davam edir", - İsxak Hersoq əlavə edib.