Həvarisi İsanı çarmıxda belə izləyir - AÇIQLAMA

Cümşüd Nuriyev: “Rüstəm İbrahimbəyov keşiş-qapon statusunda çıxış edir”

Karikaturanı "Facebook" proflində rəssam Gündüz Ağayev paylaşıb. Politoloq Cümşüd Nuriyev karikatura haqqında fikirlərini belə bildirdi: "Gündüz Ağayevin sosial şəbəkədə paylaşdığı karikatura çox maraqlı məqamları ortaya çıxarır. Rəssam şəkildə siyasi fikirlərini çox gözəl ifadə edib. Lakin Hz.İsa çarmıxa çəkiləndə onun ətrafında qadın olmayıb. Lalə Şövkətin də şəkildə yer alması başadüşülən deyil. Burada İsanın fərmanını verən Rüstəm İbrahimbəyovdur. Arif Hacılı çıxılmaz vəziyyətdədir. O, bu işlərə mane ola bilmir. İsanın yanında Hacılı Matvey Pyotr kimi görünür, əlində xilas etmək üçün heç nə yoxdur. Əli Kərimli və Rəsul Quliyevin edamda iştirak etməsi dügün hədəfə vurmaq deməkdir. Xüsusilə Rəsul Quliyev İsa Qəmbərə lağla baxsa da, Əli Kərimlinin baxışlarında qələbə əzmi var. Kərimli qisas almağın həzzini üzündə təcəssüm etdirir. Doğrudan da Milli Şuraya daxil olan qüvvələr İsa Qəmbəri siyasi çarmıxa çəkiblər. Şura üzvləri həqiqətən də İsa Qəmbərin namizəd olmasını qəti şəkildə rədd edirlər. Çünki müxalifətin yeganə xarizmatik və təcrübəli siyasətçisi Müsavat başqanıdır. Rüstəm İbrahimbəyov keşiş-qapon statusunda çıxış edir. O, yalnız qırğına aparandır. Lalə Şövkət isə çıxılmaz vəziyyətdədir. Arif Hacılı və Lalə Şövkətin ağ fonda verilməsi o deməkdir ki, onlar İsanın çarmıxa çəkilməsini istəmirlər və əllərindən də heç nə gəlmir. Rəssam yəqin ki, Lalə xanımı Hz.Məryəmin statusunda verib. Amma Arif Hacılı dəqiq onun həvarilərindən - apostollarından biridir. Karikatura tamamilə Milli Şura ilə Müsavat partiyası arasındakı əlaqələri əks etdirir. Çünki artıq partiya üzvləri Müsavatın şuranı tərk etməsini gündəmə gətirirlər. Milli Şuranın əsas məqsədi məsələni uzadaraq İsa Qəmbərin namizədliklə bağlı sənədlərini MSK-ya təqdim olunmasının qarşısını almaqdır. Qurumun bəzi üzvləri kənardan alınan tapşırıqlar əsasında belə qərara gedirlər. Milli Şura Rusiyanın layihəsi, İsa Qəmbər də Qərb yönümlü olduğuna görə başqanı istəmirlər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00