XİN Azərbaycan vətəndaşlarını Misirə getməkdən çəkinməyə çağırdı
"Qahirədəki səfirliyimiz bu ölkədə yaşayan vətəndaşlarımızla mütəmadi əlaqə saxlayır"
16 Avqust 2013 14:29 Siyasət"Azərbaycan Misirdəki vəziyyəti diqqətlə izləməkdədir. Qahirədəki səfirliyimiz bu ölkədə yaşayan vətəndaşlarımızla mütəmadi əlaqə saxlayır. Çünki vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün prioritet məsələdir".
Bu açıqlamanı APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.
O bəyan edib ki, Azərbaycanın Misirdəki səfirliyi baş verən hadisələrlə əlaqədar bu ölkədə yaşayan vətəndaşlarımıza toqquşmalar baş verən ərazilərdən uzaq durmağı, artıq ölkəni tərk etmiş Azərbaycan vətəndaşlarına Misirə qayıtmaqdan çəkinməyi tövsiyə edib.
Qeyd edək ki, Azərbaycanın Misirdəki səfirliyinin məlumatına görə, hazırda bu ölkədə 30-40 soydaşımız qalır. Onlar üçün "qaynar xətt" yaradılıb.
Xatırladaq ki, son məlumatlara görə, Misirdə baş verən son toqquşmalarda 638 nəfər ölüb, 4000-dək insan yaralanıb.