İlham Əliyev və Abdullah Gül Qəbələdə konsertdə olub

Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri Qəbələdə konsertdə olublar Dünən Qəbələdəki Mədəniyyət sarayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısı çərçivəsində konsert təşkil edilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Abdullah Gül və Qırğız Respublikasının prezidenti Almazbek Atambayev konsertdə olublar.Konsertdən əvvəl İlham Əliyevə, Abdullah Gülə və Almazbek Atambayevə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-un yaradılmasının 20-ci ildönümü münasibətilə xatirə hədiyyələri təqdim olunub.Sonra Azərbaycan, Türkiyə və Qırğızıstan prezidentləri qısa söhbət ediblər.Salona toplaşanlar dövlət başçılarını hərarətlə qarşılayıblar.Konsertdə Xalq Artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin ifasında türkdilli xalqların musiqiləri səslənib.Hazırda türkdilli ölkələr arasında mədəniyyət məsələlərinə böyük diqqət göstərilir. Bu sahədə əməkdaşlıq bütün türkdilli dövlətlər arasında prioritet elan edilmişdir. Təsadüfi deyildir ki, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri mütəmadi olaraq vurğulanır. Bu prosesə türkdilli dövlətlərin ortaq təşkilatı olan TÜRKSOY da öz töhfəsini verir. Təşkilatın xətti ilə hər il türkdilli ölkələrin müxtəlif şəhərlərində reallaşan tədbirlər xalqlarımız arasında mədəni telləri daha da möhkəmləndirir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası da türkdilli ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi işinə layiqli töhfələr verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00