Nursultan Nazarbayev Azərbaycana gəlib
16 Avqust 2013 10:59 SiyasətQazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu gün Qəbələdə keçiriləcək III Zirvə toplantısında iştirak etmək üçün Azərbaycana gəlib. Bu barədə Trend Qazaxıstanın Prezident Administrasiyasının rəsmi saytına istinadən məlumat verib.Xatırladaq ki, dünən Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının iclası da keçirilib. Şura iclasının sonunda 4 ölkənin xarici işlər nazirlikləri arasında əməkdaşlıq protokolu imzalanıb.Qeyd edək ki, Şura 2009-cu ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən Avrasiyada sülh və stabilliyə töhfə vermək məqsədilə yaradılıb. Qurumun katibliyi İstanbulda yerləşir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00