“Qara siyahı”ya düşmüş spiker Azərbaycanı təhqir etdi
F.Mikloşko: “Qarabağı itirsək, Ermənistanı itirəcəyik, beləcə bütün Avropanın gələcəyi təhlükə altında qalacaq”
16 Avqust 2013 10:13 SiyasətSlovakiya parlamentinin sədri Frantişek Mikloşko "Zaman işarələri" adlı kitabının təqdimatı keçirilib. ANS PRESS xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, tədbirdə Frantişek Mikloşko bəyan edib ki, Avropada xristian mədəniyyəti və dəyərləri ciddi bir təhlükə altındadır, Avropa bunları qorumalıdır: "Xristian mədəniyyətini xilas etmək üçün ilk addım forpost olan Qarabağdan başlanmalıdır, çünki Qarabağ xristianlarının Avropanın köməyinə ehtiyacı var. Qarabağı itirsək, Ermənistanı itirəcəyik, beləcə bütün Avropanın gələcəyi təhlükə altında qalacaq".
Bir müddət öncə Xarici İşlər Nazirliyi işğal altında olan Dağlıq Qarabağa qanunsuz səfərlərlə bağlı Azərbaycan hökuməti tərəfindən "persona non grata" elan etdiyi şəxslərin "Qara siyahısı" nəşr olunub. Məlum siyahıda Slovakiya parlamentinin sədri Frantişek Mikloşkonun da adı var.