Zahid Oruc partiyadan qovuldu

Fəzail Ağamalı: “Bundan belə Zahid Orucla bağlı bizim partiyamıza müraciət etməyin"

Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc partiyadan qovulub. Qərar partiya rəhbərliyi tərəfindən bu gün verilib. Bunu "virtualaz.org"a eksklüziv açıqlamasında AVP sədri, deputat Fəzail Ağamalı deyib. O bildirib ki, Zahid Oruc son açıqlamalarından sonra partiyadan kənarlaşdırılıb: "Xahiş edirəm ki, bundan belə Zahid Orucla bağlı bizim partiyamıza müraciət etməyin. 
Onun bizim partiyamıza daha heç bir aidiyyəti yoxdur". F.Ağamalı partiyanın Z.Orucla bağlı rəsmi qərarının yaxın saatlarda yayılacağını bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00