Elman Abdullayev: “Misirdəki səfirliyimiz gücləndirilmiş iş rejiminə keçib”
15 Avqust 2013 17:42 SiyasətXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Misirdəki səfirliyimizin fəaliyyəti ilə bağlı "Olaylar"a verdiyi açıqlamada bildirib ki, Misirdəki səfirliyimiz fəaliyyətini normal qaydada davam etdirir və gücləndirilmiş iş rejiminə keçib. E.Abdullayev həmçinin qeyd edib ki, Misirdə baş verən ixtişaşlar zamanı Azərbaycan vətəndaşlarının zərər görməsi barədə səfirliyə heç bir məlumat daxil olmayıb.
"Səfirlik vətəndaşlarımızla daimi təmasdadır. Vətəndaşlara vaxtında müvafiq xəbərdarlıqlar edilib. Ölkə səfirliyi gün ərzində bir neçə dəfə Azərbaycan vətəndaşları ilə əlaqə saxlayır. Bildiyimiz kimi ixtişaşlar başladığı vaxtdan səfirlik əməkdaşlarının ailəsi Bakıya qayıdıblar. Onu qeyd etmək istəyirəm ki, səfirliyimiz Azərbaycan vətəndaşlarının vəziyyətini nəzarətdə saxlayır" deyə Elman Abdullayev bildirib.