Türkiyə Azərbaycan torpaqlarının işğalının dayandırılması üçün mümkün olan hər şeyi edəcək
Əhməd Davudoğlu Qəbələdə belə bir bəyanatla çıxış edib
15 Avqust 2013 16:41 SiyasətTürkiyə Azərbaycan torpaqlarının işğalını dayandırmaq üçün mümkün olan və ondan asılı olan hər şeyi etməyə hazırdır. Trend-in "Anadolu"agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının bu gün Qəbələdə keçirilən iclasında çıxışı zamanı deyib. Davudoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sabitlişmə yolunda əsas maneədir:
"Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması barədə danışıqların 20 ildən artıq davam etməsinə baxmayaraq, heç bir nəticə əldə edilməyib. Bu çox üzücü faktdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00