“ABŞ məqsədli şəkildə Azərbaycan müxalifətinin aktivliyini yoxlamaq istəyir” - AÇIQLAMA
Qabil Hüseynli: “Əgər ideya kənardan verilibsə, bu ortaya tamam başqa müəmmaları çıxaracaq”
15 Avqust 2013 16:30 Siyasət"Milli Şuraya mitinq keçirmək təklifini müxalifətə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar verib. Səfir Milli Şuranın keçirəcəyi bu mitinqlə real gücünü nümayiş etdirməsini istəyib". "Avropa.info" saytına daxil olan məlumatda belə deyilir. Politoloq Qabil Hüseynli hesab edir ki, məsələ barədə şərh vermək o qədər də asan deyil. Q.Hüseynli qeyd etdi ki, Milli Şuranın mitinq keçirmək fikri qəfildən ortaya çıxıb: "Namizədin təyin olunacağı təqdirdə şura seçkilərə az qalmış mitinq keçirməyi planlaşdırırdı. Müxalifət prezident seçkilərinə hazırlıq kontekstində mitinq keçirməyi planlaşdırırsa, bu seçki qanunvericiliyində öz əksini tapıb. Əgər ideya kənardan verilibsə, bu ortaya tamam başqa müəmmaları çıxaracaq. Morninqstar Milli Şuraya belə bir təklif veribsə, demək ki, ABŞ məqsədli şəkildə Azərbaycan müxalifətinin gücünü, insanların siyasi proseslərdəki aktivliyini yoxlamaq istəyir. Ümumlikdə isə ABŞ səfrinin müxalifət qarşısında belə bir təkliflə çıxış etməsi inandırıcı deyil". ("OLAYLAR" İA)