Anatoli Antonov: “ABŞ təcili şəkildə Rusiya ilə sərhəd ölkələrdə gizlətdiyi nüvə arsenalını oradan çıxarmalıdır”
15 Avqust 2013 16:24 SiyasətRusiyanın Müdafiə Nazirliyi NATO-dan ABŞ-ın təşkilata üzv olan ölkələrdə yerləşdirdiyi nüvə silahlarını çıxarmasını tələb edib. Bəyanat "Rusiyanın Səsi" radiosuna açıqlama verən müdafiə nazirinin müavini Anatoli Antonovdan gəlib. Antonov qeyd edib ki, ABŞ bu cür addımlarla NPT müqaviləsinin şərtlərini pozur: "Nüvə silahlarının yayılmasını qadağan edən NPT müqaviləsinin mütəxəssisi kimi soruşuram: nə üçün nüvə silahları qeyri-nüvə ölkələrində yerləşdirilməlidirlər? NATO təşkilatının nüvə silahlarına nəzarət sistemi necədir? Məncə, bu məsələ NPT müqaviləsinin birinci və ikinci maddələrinin pozulmasıdır". Nazir müavini bildirib ki, ABŞ təcili şəkildə, xüsusilə də Rusiya ilə sərhəd ölkələrdə gizlətdiyi nüvə arsenalını çıxarmalı və öz ərazisində yerləşdirməlidir. ("OLAYLAR" İA)