“Misir Barak Obamanı pis vəziyyətə salıb” - AÇIQLAMA
Elxan Şahinoğlu: “Yaxın Şərq yeni eraya daxil olur”
15 Avqust 2013 14:23 Siyasət"Misirdəki olaylar ABŞ prezidenti Barak Obamanı da çətin vəziyyətə salıb. ABŞ administrasiyası bir tərəfdən dünənki qətliamı sözdə də olsa qınadı, qınamaya bilməzdi, açıq-aşkar mülki insanlar qətlə yetirilib". Politoloq Elxan Şahinoğlu "OLAYLAR"a açıqlamasında belə deyib. E.Şahinoğlunun sözlərinə görə ABŞ qətliama "yaşıl işıq" yandıran həmin Misir ordusunun başında dayananlara 2 milyard dollara yaxın pul ayırır: "Əvvəllər bu pulu ayırmaq mümkün idi. Ancaq indi əli qana batan misirli generallara 2 milyard dollar ayırmağın çətinlikləri göz qabağındadır. Obamanın bir yolu var: Amerikanın pulu hesabına bəslənən Misir ordusunun qısa müddətdə seçki təyin edib siyasi proseslərdən kənara çəkilməsini təmin etməkdir. Ancaq dünənki qətliamdan sonra ordunun da asanlıqla geri çəkiləcəyini düşünmək çətindir. Misirli generallar gələcəkdə məsuliyyətə cəlb olunacaqlarından ehtiyat edəcəklər. Bu arada Müsəlman Qardaşlar da əliboş dayanmayacaq, qrupun içindəki radikalların silaha əl atacaqları istisna deyil. Əlcəzairdə də belə olmuşdu, Suriyada da belədir. Yaxşın Şərq yeni eraya daxil olur". ("OLAYLAR" İA)