“Düşünürəm ki, bir-iki raund Əli Kərimli ilə məzələnmək olar”

Hafiz Hacıyev: “İlk raundda Rüstəm İbrahimbəyovu da nakaunda salacam”

Azərbaycan Xalq Cəbhəsinin sədri Əli Kərimli də oktyabr ayında keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak etməyə hazırlaşır. Bu barədə mətbuata AXCP-dəki mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, Milli Şura avqustun 19-dək seçkilərdə kimin vahid namizədliyi ilə gedəcəyi dəqiqləşdirməsə, AXCP partiya olaraq prezident seçkilərinə qatılmaq variantını müzakirəyə çıxaracaq. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev hesab edir ki, Əli Kərimli siyasətə gələndən hansısa qüvvələrə işləməklə məşğuldur. AXCP sədrinin üzərində olan cinayət işinin xətm ediləcəyi barədə müəyyən qüvvələrdən dəstək aldığını deyən H.Hacıyevin sözlərinə görə Əli Kərimlinin namizədliyini irəli sürməsi də eyni ssenariyə aiddir: "Məndə olan məlumata görə onlar bu məsələni Milli Şuranın növbəti iclasında müzakirəyə çıxaracaqlar. Əli Kərimlinin qərarında yenilik yoxdur, həmişə AXCP sədri ideya xəstəsi olub. O, da özünü gündəmə gətirməkdən ötrü bu cür yollara əl atır. Əli Kərimlinin belə gedişlərlə nəyəsə nail olması mümkün deyil. Milli Şura iflasa uğramış ideyadır. Xalq Azərbaycan müxalifətini yaxşı tanıyır. Hər halda Milli Şuranın hakimiyyətə gəlmək səyləri heç bir nəticə verməyəcək. Mən də prezidentliyə namizəd kimi çalışıram ki, bu məsələləri öz platformamda işıqlandırım. Qurumla bağlı əlimdə kifayət qədər faktlar var. Mən arzu edərdim ki, mənim müxalifətdəki rəqiblərim İsa Qəmbər və Əli Kərimli olsun. Onların ortada olan nümayəndəsi Rüstəm İbrahimbəyov olduqca zəif oyunçudur. İlk raundda mən onu nakaunda salıb meydandan uzaqlaşdıracam. Düşünürəm ki, bir-iki raund Əli Kərimli və İsa Qəmbərlə məzələnmək olar". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00