Müsavat Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyir
Hüseyn Məlikov: “Partiyanın Milli Şuradan çıxması gündəmdə yoxdur”
15 Avqust 2013 13:50 SiyasətMüsavat Partiyasının üzvü, tibb professoru Adil Qeybulla Müsavatın Milli Şuradan çıxmalı olduğunu bildirib. A.Qeybulla Müsavat başqanı İsa Qəmbərin avantürüst qurumda iştirakını qəbuledilməz adlandırıb. Məsələyə münasibət bildirən Müsavat başqanının müşaviri Hüseyn Məlikov bildirdi ki, partiyanın Milli Şuradan çıxması ilə bağlı qərarı yoxdur: "Adil Qeybulla Müsavat partiyasının ən fəal üzvlərindəndir. Lakin Adil bəyin fikirlərini bölüşmürəm. Müsavatın qərarı odur ki, partiya sonadək Rüstəm İbrahimbəyovun vahid namizədliyini dəstəkləsin. Müsavatın bu qərarı hələlik gündəmdə qalır. Rüstəm İbrahimbəyov Azərbaycana gəlməsə, şura daxilində tamam başqa situasiya yaranacaq. Həmin vəziyyətə adekvat olaraq Müsavat Partiyası qərar qəbul edəcək. Bütün hallarda isə Müsavat seçkilərdə iştirak edəcək". ("OLAYLAR"İA)