“Bəradeyi törədiləcək qətliamın məsuliyyətindən qaçdı”

Elxan Şahinoğlu: “Gələcəkdə də Misiri Mansur hökumətinin idarə edəcəyi planlaşdırılır”

Misirin müvəqqəti vitse-prezidenti Məhəmməd əl-Bəradeyi istefa verib. Bəradeyinin istefa qərarı ilə xunta rejiminə etiraz etdiyi bildirilir. Siyasi analitiklər isə Bəradeyini müvəqqəti hökumətlə birlikdə ABŞ-ın maraqlarına xidmət edən "agent" adlandırırdılar. Politoloq Elxan Şahinoğlu hesab edir ki, Bəradeyinin ABŞ-ın adamı olub-olmadığını demək çətindir. O, müvəqqəti hökumətdə təmsil olunan müstəqil fiqurlardan biri idi və Misirin dünyəviliyini dəstəkləyirdi. E.Şahinoğlu xatırlatdı ki, Bəradeyi vaxtilə "Nobel" mükafatına da layiq görülüb: "Vitse-prezident istefa verməklə əslində doğru qərar qəbul etdi. O, bundan sonra Misirdə baş verəcək qətliamların məsuliyyətini daşımaq istəmirdi. Çünki gələcəkdə də ölkənin Mansur hökumətinin idarə edəcəyi planlaşdırılır. Həmin məsuliyyətdən qaçmaq üçün istefa verdi. Bəradeyinin istefa verməsi o demək deyil ki, sabiq vitse-prezident siyasətdən gedəcək. Çox güman ki, Bəradeyi qarşıdan gələn prezident və parlament seçkilərində iştirak edəcək". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00