YAP Zahid Orucun prezidentliyə namizədliyini normal qarşılayır

"Ana Vətən Partiyasının üzvü, deputat həmkarımız Zahid Orucun prezidentliyə namizədliyini irəli sürməsi onun özünün şəxsi təşəbbüsüdür. Biz onun bu addımına normal yanaşırıq". Bunu deyən  Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının sözlərinə görə, hər bir Azərbaycan vətəndaşının seçim etmək azadlığı var, hər kəs bu məsələdə sərbəstdir: "Zahid Oruc da öz hüququndan istifadə edərək şəxsi təşəbbüsü ilə prezidentliyə namizədliyini irəli sürüb. Biz buna hakim partiya olaraq normal yanaşırıq. Başqa cür ola da bilməz. Biz onun namizədliyini irəli sürməsini süngü ilə qarşılaya bilmərik. Hətta, Zahid Oruc özü də mətbuata açıqlamalarında bildirib ki, onun bu qərarı süngü ilə qarşılanmamalıdır. Odur ki, biz də bu məsələyə tam normal münasibət bəsləyirik".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00