Ermənistanda hakimiyyət dəyişikliyi olacaq? - ÖZƏL
8 May 2023 10:45 Siyasət"Rusiya Ermənistanı sülh razılaşmasından yayındırmaq üçün Paşinyanı devirə bilər. Ermənistan parlamentinin deputatı Andranik Tevanyanın xalqı inqilaba çağırması belə deməyə əsas verir". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan "OLAYLAR"-a bildirilib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşiqnton danışıqları Kremldə müsbət qarşılanmayıb və ona görə də Moskva prosesi əngəlləmək üçün Ermənistanda hakimiyyət çevrilişi etməyi ən məqbul variant sayır:
"Rusiya heç bir halda razı ola bilməz ki, kənar qüvvələr Qafqazlarda hansısa prosesin tənzimlənməsində aktiv iştirak etsin. Çünki bu Rusiyanın maraqları xaricindədir. Ona görə də Rusiya indiki halda çalışır ki, Ermənistan hakimiyyətini danışıqlardan yayındırsın. Ermənistan parlamentinin deputatı Andranik Tevanyanın xalqı qiyama çağırması əslində Kremlin Paşinyana bir ismarıcıdır. Yəni, danışıqlar prosesindən yayın. Əks halda sənin hakimiyyətin üçün təhlükə yarada bilərik".
Analitik Qrup hesab edir ki, Nikol Paşinyanın Moskvaya dəvət edilməsi də əslində onun Kremldə təmbeh edilməsi, danışıqlar prosesindən yayındırılmasına hesablanıb: "Əvəzində yaxın vaxtlarda Rusiyanın vasitəçiliyi ilə tərəflər yüksək səviyyəli görüş keçirə bilər. Bunu Vaşinqton danışıqları ərəfəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova da açıq şəkildə ifadə etdi".