Həbsdə olan keçmiş nazir müavini əfv edildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.

Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, həbsdə olan mədəniyyət nazirinin sabiq müavini Bayramov Rafiq Yasin oğlunun da adı əfv olunanlar siyahısında yer alıb.

 
 

Xatırladaq ki, mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov 8 il azadlıqdan məhrum edilmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31