Milli Məclisin deputatı AŞPA-nın konfransında iştirak edəcək
6 May 2023 13:42 Siyasət
Milli Məclisin deputatı Erkin Qədirli Avropa Şurası Parlament Assambleyasının (AŞPA) konfransında iştirak etmək üçün mayın 8-də İsveçrənin Bern şəhərinə səfər edəcək. Olaylar xəbər verir ki, Konfrans "Böhran dövründə seçkilər: çağırışlar və imkanlar" mövzusuna həsr olunub. Tədbirdə koronavirus (COVİD-19) pandemiyasının, təbii fəlakətlərin və silahlı münaqişələrin seçkilərə təsiri ilə bağlı müzakirələr aparılacaq.
Səfər mayın 11-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31