Adil Əliyev Pakistana səfər edəcək

 

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev mayın 8-də Pakistanın İslamabad şəhərinə yola düşəcək. Olaylar xəbər verir ki,
Vitse-spiker burada Pakistan İslam Respublikası Konstitusiyasının qəbul olunmasının 50 illiyinə həsr edilmiş "Mənim Konstitusiyam - mənim azadlıqlarımın zəmanətidir" adlı beynəlxalq konfransda iştirak edəcək.
Səfər çərçivəsində Adil Əliyevin Pakistanın dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31