Rusiyada Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı tədbirlər keçiriləcək
6 May 2023 13:20 Siyasət
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Rusiya Federasiyasında keçirilən tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatları Mixail Zabelin və Rauf Əliyev mayın 8-də bu ölkənin Həştərxan şəhərində səfərdə olacaqlar. Olaylar xəbər verir ki, Yubiley tədbirlərində Ulu Öndər, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunacaq, onun Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda xidmətləri qeyd ediləcək, ölkəmizin hərtərəfli tərəqqisi naminə gördüyü işlərdən danışılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31