Heydər Əliyevin 100 illik yubileyi münasibətilə silsilə ekoloji aksiyalar keçirilib

Lənkəranda ətraf mühitin mühafizəsinə daim xüsusi önəm verən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə silsilə ekoloji aksiyalar keçirilib. Olaylar" xəbər verir ki, ilk öncə İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənc könüllülərin iştirakı ilə meşə fondu ərazisində ağacəkmə tədbiri keçirilib. Tədbirin davamı olaraq turistlərin hərəkətini asanlaşdırmaq üçün "çex modeli" üzrə Hirkan Milli Parkında ekoturizm cığırının nişanlanması keçirilib. Son olaraq İDEA İB və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü çərçivəsində Xanbulan gölünə 50 min ədad çəki körpəsi balığı buraxılıb. Nəhayət, Bakı Zooloji Parkının təmin etdiyi mühüm növ olan 7 baş tirəndaz təbiətə buraxılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31