Dövlət qurumları arasında intellektual oyun keçirilib
6 May 2023 11:05 SiyasətÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə dövlət qurumları arasında intellektual oyun keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a bildirilib ki, ümumilikdə 37 dövlət qurumunu təmsil edən komandaların iştirak etdiyi intellektual oyunda İqtisadiyyat Nazirliyinin əməkdaşlarından ibarət "Mineco" komandası ən yüksək nəticə göstərərək 1-ci yerə layiq görülüb. Dövlət İmtahan Mərkəzinin "DİM" komandası II, Xarici İşlər Nazirliyinin "Diplomat" komandası isə lll yerin qalibi olublar. Qalib komandalara diplomlar və hədiyyələr təqdim olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31