Heydər Əliyevin 100 illiyi ilə əlaqədar tədbir keçirilib

Müasir və müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Dövlət Ekoloji Ekspertiza Agentliyində tədbir keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov Ulu Öndər Heydər Əliyevin Azərbaycan təbiətinə, yaşıllıqların qorunmasına olan həssas münasibətindən, tarixdəki rolundan, eləcə də vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.Tədbir Ulu Öndərin ətraf mühitin mühafizəsi sahəsində xidmətlərinə və ekoloji siyasətinə həsr olunan videoçarxla başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31