“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib - FOTO

5 may 2023-cü ildə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü illiyinə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur" möv¬zu¬sunda hibrid formatda Beynəlxalq elmi konfrans keçirilmişdir.

Olaylar xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra konfrans iştirakçıları Ulu öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Ümummili liderin həyat və ictimai-siyasi faəliyyətini əks etdirən videoçarx nümayiş etdilmişdir. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov tədbiri açıq elan edərək Ulu öndərin Azərbaycanın inkişafı və tərəqqisinə, xalqın rifahının yüksəlməsinə həsr olunmuş  siyasi fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. O konfransa 11 dövləti təmsil edən 27 təşkilatdan 58 iştirakçının qatıldığını bildirmişdir. Plenar iclasda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının kafedra müdiri, i.e.d, professor Qənimət Səfərov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş elmi işçisi, f.e.d, dosent Ziba  Ağayeva, Türkiyə Respublikası Karamanoğlu Mehmetbey Universitesinin dosenti, dr. Hasan Hüseyin Akkaş, İsrail Dövləti Azryeli Akademik Mühəndislik Kollecinin müəllimi Pini Davidov maraqlı məruzələrlə  çıxış etmişlər. Məruzələrdə  Ulu öndərin dəmir məntiqə əsaslanan siyasi kursu, düşünülmüş dövlətçilik fəlsəfəsi, demokratik və milli-mənəvi dəyərlərin qorunmasındakı təkrarolunmaz rolu, Azərbaycan torpaqlarının işğaldan azad olunmasında yorulmaz mübarizəsi və qətiyyətli mövqeyi,  azərbaycançılıq ideyasının  geniş yayılmasındakı və ictimai həyat sahələrinin sistemli inkişafındakı misilsiz xidmətləri geniş təhlil edilmişdir. Sonra konfrans ayrı-ayrı davam etdirilmişdir. Konfransın sonunda xatirə şəkilləri çəkilmiş, iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31