Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin əsası qoyuldu

"Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda yeni məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində xeyli uğurlu işlər görüldü. Yeni Konstitusiya, mütərəqqi qanunlar, həyata keçirilən təşkilati işlər nəticəsində ölkəmizdə yeni hüquqi dövlətin möhkəm əsası yaradıldı. Nəticədə qısa zaman ərzində yeni dövlət idarəetmə sistemi formalaşdı, yuxarı pilləsində Ali Məhkəmənin olduğu üçpilləli yeni məhkəmə sistemi təsis edildi". "Olaylar" xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov  "Heydər Əliyev və məhkəmə-hüquq islahatları: tarix, zaman və nailiyyətlər" mövzusunda keçirilən konfransda deyib. Bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin məhkəmə sahəsində islahat siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və məhkəmə hakimiyyətinə öz töhfəsini verir:  "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası nəticəsində qanunvericiliyə çoxsaylı dəyişikliklər edildi. Bu dəyişikliklərlə Ali Məhkəmənin praktikasında olmuş boşluqlar aradan qaldırıldı.  Ali Məhkəmənin qərarları ilə hüquqi müəyyənliyə mane olan məhkəmə praktikası dəyişdirildi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması mexanizmləri təsbit edildi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31