Ermənistan heç vaxt Rusiyasız addım atmağa çürəti çatmayacaq - ÖZƏL
5 May 2023 11:01 Siyasət"Açığı erməni sifətlərini görəndə qələbənin dəyərini daha dərindən hiss edirsən. Özlərini rəzil, yazıq kimi göstərib bütün məkanlarda şikayət edir, şər-böhtan, rəzil sifətləri ilə Azərbaycandan narazılıq yaradırlar. Hər cür təxribata əl atırlar, Azərbaycanı saxta videolarla qaralayırlar, əleyhimizə qərarlar çıxarmağa çalışırlar". Bunu "Olaylar"a deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinin rəhbərlərinin görüşü heç də sülh sazişinin imzalanmasına gətirib çıxarmayacaq: "ABŞ dövlət katibinin təşkilatçılığı ilə keçirilən görüşdə sülh sazişi müqaviləsinin yaxınlaşması olsa belə son anda bu sazişin imzalanması yenə də uzadılacaq. Ermənistan heç vaxt Rusiyasız addım atmağa çürəti çatmayacaq. Rusiya isə sülh sazişinin imzalanmasını istəmir. Hər vəchlə çalışır ki, regionda sabitlik hökm sürməsin. Keçmiş olsada nəzərə almalıyıq ki, 2001 ci ildə də ABŞ belə bir görüş keçirmişdi. Doğrudan da ABŞ Qafqazda sabitliyin olmasını çox istəyir, amma arada olan maneəni aşmağa çalışmır.Yaşayarıq görərik, bizim sazişin imzalanması üçün bir ümüdümüz var, o da özümüz. Necə ki, dövlət rəhbərimiz deyir, sülh Ermənistana lazım deyilsə, heç bizə də lazım deyil. Sonda hər kəs bilməlidir ki, biz istədiyimizi alacağıq".