Misir Mərdanov Heydər Əliyevin 100 illiyi ilə bağlı kitab yazdı - ÖZƏL
5 May 2023 10:49 SiyasətSabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun Baş direktor Misir Mərdanovun Ulu öndər Heydər Əliyevin 100 illiyi münasibəti ilə hazırladığım kitab çapdan çıxdıb. "Olaylar" xəbər verir ki, bu barədə M.Mərdanov özü məlumat verib. Bildirib ki, bu kitab xalqımızın böyük oğlu, xilaskarı və Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, milli siyasi sistemin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi Ulu öndər Heydər Əliyevin qəhrəmanlıqlarla və mübarizələrlə dolu ömrünə həsr edilir. Kitabda tariximizdə Heydər Əliyev erasını yaratmış Ulu öndərin fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı olmadığına görə kitab Sovet xalqları, həmçinin Şərqi Avropadan tutmuş Afrika ölkələrinə qədər olan xalqların tarixində oynadığı roldan, onların həyatına təsir edəcək proseslərə imza atmasından da söhbət açılır: "Kitabda Heydər Əliyevin şəxsiyyət kimi formalaşdığı dövrlər, dünyanın əsas siyasi liderlərindən birinə çevrilməsi mərhələləri, bu yolda rastlaşdığı çətinliklər, məhrumiyyətlər, lakin bütün qara qüvvələrə üstün gələn parlaq zəka, dəmir iradə, cəsarət, fəhm, milli təəssübkeşlik qələmə alınmışdır. Beş fəsildən ibarət olan kitabın ilk fəsli uşaqlıq, gənclik və yetkinlik illərinə, ikinci fəsli Azərbaycanda siyasi hakimiyyətdə olduğu 1969-1982-ci illərə, üçüncü fəsli Moskva dövrünə (1983-1990), dördüncü fəsli ömrünün Naxçıvan mərhələsinə (1990-1993), sonuncu fəsil isə xalqın tələbi ilə hakimiyyətə gəldiyi 1993-cü ildən sonrakı gərgin fəaliyyətinə həsr edilmişdir. Heç kəsin proqnozlaşdıra bilmədiyi prosesləri qabaqcadan görən, həmçinin bu proseslərin içində öz mövqeyini dəqiqliklə müəyyənləşdirməyi bacaran Ulu Öndərin maraqlı həyat yolunu qələmə alarkən kitaba şahidi olduğum xatirələri, həmçinin onunla bir dövrdə yaşayan insanlardan eşitdiyim söhbətləri, bu dahi insan haqqında müxtəlif dövrlərdə oxuduğum kitab və qəzet-jurnal materiallarını müsahibələri, habelə fotoşəkilləri arxiv materiallarını da daxil etmişəm".