Əhməd Davudoğlu Misirdə baş verən olayla bağlı münasibət bildirib

Bu gün səhər saatlarında Misirdə baş verən olay bütün dünya ictiamiyyətini ayağa qaldırıb. Son olaraq olay yerindən çəkilən şəkillərin yayımı bir daha bu olayın dəhşətindən xəbər verdi. Bu arada isə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da açıqlama verib: "Misirdə baş verən olaylar demokratiyaya xidmət etmir. Bütün dünya ölkələri bunu görür. Olayların bundan da artıq böyüməsini əngəlləmək üçün birgə səy göstərməliyik. Qərbin də hadisələr münasibəti, mövqeyi bizim üçün maraqlı olacaq. Baş verən olaylarla əlaqədar müxalifətlə görüşlərimiz olur. Əsas məqsədimiz Misiri normal ölkəyə çevirməkdir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00