ABŞ da görüş nəticəsiz bitdi - ÖZƏL
5 May 2023 09:14 Siyasət"Ermənistan və Azərbaycan ərazi bütövlüyü ifadəsi ilə razılaşsalar da, ərazi bütövlüyü ilə bağlı konkret ifadələrlə bağlı razılığa gəlinməyib".
Olaylar xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib. Bildirib ki, Ermənistan separatizmi pisləməyib: "Ermənistan Azərbaycanın daxili işinə qarışaraq Qarabağ erməniləri və mərkəzi hakimiyyət arasında beynəlxalq qarantorların arbitrlıq məsələsini hüquqi sənəddə qeyd edilməsini istəyir. Bu da yolverilməzdir. Minsk qrupunu diriltmək və ya oxşar platformanı meydana gətirtmək vəziyyətin uzadılması, status - kvonun dondurulması deməkdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31