Prezident İlham Əliyev Laçın, Qubadlı və Zəngilanda olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ zonasına səfəri çərçivəsində mayın 4-də Laçın və Qubadlı rayonlarında olub.

Səfər zamanı dövlət başçısı Laçın rayonunda Güləbird kənd yaşayış məntəqəsinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin tməllərini qoyub. Həmçinin, rayonda 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin də prezident İlham Əliyev tərəfindən təməlləri qoyulub.

Mayın 4-də dövlət başçısı həmçinin,  Zəngilan rayonuna səfər edib. Dövlət başçısı Zəngilan şəhərində Konqres Mərkəzinin tikintisi ilə tanış olub, inzibati binanın təməlini qoyub. Bundan başqa prezident İlham Əliyev "Azərenerji" ASC-nin "Sarıqışlaq" Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub, otel kompleksinin, 91 çarpayılıq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının və Cahangirbəyli kəndinin təməlini qoyub.

Qeyd edək ki, Qarabağ zonasına səfəri çərçivəsində prezident İlham Əliyev bundan əvvəl Ağdam rayonu və Şuşa şəhərində olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31