Azərbaycan erməni vandallarının xarabazara çevirdiyi əraziləri cənnətə döndərir

İşğaldan azad edilən hər bir şəhər və rayonumuzda geniş quruculuq-abadlıq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir. Ötən 3 ilə yaxın müddətdə görülən işlər, həyata keçirilən tədbirlərin fonunda bunu aydın görmək mümkündür. Görülən işlərin effektivliyi, nəticəsinin daha tez hasil olması isə prosesin birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəzarəti altında olması ilə bağlıdır. Bu günlərdə dövlət başçısının Ağdam rayonuna səfəri və səfər zamanı bir sıra infrastruktur obyektlərinin təməlinin qoyulması deyilənlərin təsdiqləyir. Görülən işlər və əldə olunan nəticə onu deməyə əsas verir ki, işğaldan azad edilən ərazilərə Böyük Qayıdış daha tez mümkün olacaq. Elə Milli Məclisjn deputatı Nəsib Məhəməliyev də bu qənaətdədir. Millət vəkili deyir ki, prezident İlham Əliyevin və birinici xanım Mehriban Əliyevanın Ağdama növbəti səfəri məzmun baxımdan kifayət qədər zəngin tədbirlərlə yadda qaldı. Onun sözlərinə görə, Ağdam şəhərinin və rayonunun ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayacaq çox profilli inzibati binanın, Azərişıq ASC-nin Rəqəmsal idarəetmə və Təlim-Tədris regional Mərkəzinin, Ağdam Muğam Mərkəzinin, şəhərin 2-ci və 3-cü yaşayış məhəllələrinin təməlqoyma mərasimlərində iştirak etdilər:

"47-1 km-lik Bərdə-Ağdam dəmiryolunun inşası ilə tanış oldular. Mən inzibati binanın çoxprofilli olduğunu dedikdə, qeyd etmək istərdim ki, bu gələcəyə hesablanmış yeni bir layihədir və bu vaxta qədər keçmiş SSRİ məkanında rast gəlinməmişdir".

Nəsib Məhəməliyev bildirib ki, idarəetmə və əhalinin məişət-sosial vəziyyətinin, vətəndaş məmnunluğu baxımından xeyli müsbət dəyişikliklərə səbəb olacaq: "Təsəvvür edin, regionun rəhbər orqanları ilə yanaşı, bir çox mərkəzi icra orqanlarının yerli nümayəndələrinin cəmi bir binada yerləşdirilməsi, operativ idarəetməni təmin etməklə yanaşı, həm orada çalışanların, həm də o təşkilatlara müraciət edən vətəndaşların rahatlığını təmin edəcək, vaxt itkisinin qarşısı alınacaq, büdcə vəsaitlərinin səmərəli istifadəsini şərtləndirəcəkdir. İnzibati binanın 1-ci mərtəbəsində Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi üzrə Dövlət Xidmətinin regional bölmələri, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin yerli bölməsi, Mədəniyyət şöbəsi, Məşğulluq mərkəzi, Dövlət Aqrar inkişaf mərkəzi, Dövlət Vergi Xidmətinin ərazi vergilər idarəsi və arxiv fəaliyyət göstərəcəkdir. 2-ci mərtəbədə 7 iclas zalı, 8 açıq ofis, katiblik olacaqdır. 3-cü mərtəbədə Prezidentin Xüsusi Nümayəndəliyinin qərargahı yerləşəcəkdir. 4-cü və 5-ci mərtəbələrdə ofislər, görüşlər və iclas zalları olacaqdır".

"Cənab Prezidentin regionllara etdiyi səfərlərin hər biri həmin bölgənin sosial-iqtisadi inkişafına ciddi təkan verir" deyən Nəsib Məhəməliyev bildirib ki, "Hökumətin qarşısında duran ən prioritet məsələlərdən biri, keçmiş məcburi köçkünlərin öz yurdlarına qaytarılmasıdır". Deputatın sözlərinə görə, bu istiqamətdə həyata keçirilən infrasyruktur layihələrinin, aparılan qlobal işlərin miqyası ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir:

"Azərbaycan müharibədən çıxmasına baxmayaraq, təkbaşına erməni vandallarının xarabazara çevirdiyi əraziləri cənnətə çevirir. İşğaldan azad olunmuş hər bir şəhər, hər bir kənd ən müasir texnologiyalar tətbiq olunmaqla bərpa olunur. Layihələrin individuallığı, bir-birindən fərqli estetik gözəlliyə malik olması isə, şübhəsiz ki, ölkə Başçımızın yüksək zövqünə bağlıdır".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31