Müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir - ÖZƏL

"Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi dövlətçilik fəaliyyəti çox geniş və zəngindir".
Bunu Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.


"Biz bu il cənab prezidentin sərəncamına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illiyini qeyd edirik və biz bütün sahələr üzrə onun fəaliyyətini hiss edirik. İstər siyasət olsun, istər dövlət quruculuğu, təhsil, mədəniyyət, elm, gənclər, səhiyyə, hərbi, bütün sahələr üzrə ümummilli liderin nəhəng fəaliyyətinin izlərinin şahidi oluruq və bu müasir Azərbaycan onun şah əsəridir. Heydər Əliyev bütün zamanların adamıdır. Azərbaycan xalqı mövcud olduqca, Heydər Əliyev də mövcud olacaq, adı Azərbaycan xalqının düşüncələrində əbədiyyən yaşayacaq. Onun əkdiyi toxumlardır ki, bu gün öz bəhrəsini verir. Biz öz torpaqlarımızı işğal azad etmişik, quruculuq işləri aparırıq. Azərbaycan ölkənin ən güclü və qüdrətli dövlətdir. Onun siyasi və genetik varisi İlham Əliyev çox uğurla siyasəti davam etdirir. Azərbaycan dünyada öz sözünü deyə bilən ölkələrdən birinə çevrilib. Biz artıq nəinki ölkə daxili səviyyədə, eyni zamanda, qlobal, dünya sahəsində siyasət aparırıq. Bütün bunlar hamısı Heydər Əliyevin əsasını qoyduğu fəaliyyətlərin nəticəsidir. Kadrların yetişdirilməsi, ölkəmizin inkişafı və s. istiqamətlərdə ümummilli liderin izləri var. Azərbaycan xalqı onu hörmətlə yad edir və biz hər gün ən azı bir neçə bu istiqamətdə çalışmaların, tədbirlərin şahidi oluruq ki, bunlar hər biri Heydər Əliyevin xatirəsini yad etmək üçün möhtəşəm işlərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31