Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin formalaşmasında hər zaman maraqlı olub - ÖZƏL

"Müstəqilliyimizin ilk illərində ümummilli lider Heydər Əliyevin vətəndaş cəmiyyəti quruculuğunda və onun inkişafında misilsiz xidmətləri olmuşdur. Böyük sayda vətəndaş cəmiyyəti təsisatları və QHT-lər dövlət qeydiyyatına alınmış və onların hərtərəfli fəaliyyəti üçün lazım olan bütün şərait yaradılmışdır". Bu fikirləri "OLAYLAR"-a səsləndirən politoloq Vüqar Əhmədovun sözlərinə görə, bu onu göstərir ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyətinin formalaşmasında və inkişafında hər zaman maraqlı olmuşdur: 

"Sonrakı mərhələdə, artıq Azərbaycanın bir dövlət kimi gücləndiyi bir zamanda Azərbaycan nadir bir ölkələrdən oldu ki, ölkədə geniş sayda milli donor institutu yaradıldı və formalaşdı. Milli donor institutu Azərbaycanın vətəndaş cəmiyyəti üçün təkcə maliyyə mənbələri olmamış, eyni zamanda vətəndaş cəmiyyəti təsisatlarının konsultasiya, peşəkarlıq və bacarıqlarının artırılması üçün yeni imkanlar yaratmışdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31