Heydər Əliyevin diqqət və qayğısı nəticəsində gənclər və idman siyasəti ölkəmizdə prioritet istiqamətlərdən birinə çevrilib - ÖZƏL
4 May 2023 12:25 Siyasət"Ulu Öndərin qayğısı sayəsində idman sahəsində görülən işlər, əldə olunan nailiyyətlər hər birimizə məlumdur. Bu sahəyə ayrılan yüksək diqqət nəticəsində, gənclər və idman siyasəti ölkəmizdə prioritet istiqamətlərdən birinə çevrilmişdir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili, Milli Məclis sədrinin müavini Adil Əliyev deyib: " Ümummilli Liderin bu sahəyə ayırdığı diqqətin əsas xəttini gənclərimizin fiziki cəhətdən hazırlıqlı, sağlam, vətənpərvər ruhda yetişməsi və idmanın, bədən tərbiyəsinin kütləviliyin təmin edilməsi təşkil etmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətimizi şanlı qələbəyə aparan daxili və xarici siyasəti nəticəsində torpaqlarımız bu gün azaddır. Məhz Vətən müharibəsində qazandığımız tarixi Qələbəmizdə, torpaqlarımızın işğaldan azad olunmasında gənclərimizin xüsusi rolu olmuşdur".