Laçın sərhəd-keçid məntəqəsi müzakirədən çıxarıldı - ÖZƏL

"Baş nazirin qərarı ilə Laçın sərhəd-keçid məntəqəsi dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısına əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir". Bunu "Olaylar"a siyasi şərhçi Asif Nərimanlı bildirib: "Lentsovun gəlişindən öncə verilən bu qərarı Bakının məsələni müzakirədən çıxardığı kimi oxumaq olar".
Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısında dəyişiklik edilib. Bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən Laçın dövlət sərhədindən buraxılış məntəqəsi - (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) həmin siyahıya daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31