Suraxanıda “Nə qədər ki Azərbaycan var, mən də varam” adlı tədbir keçirilib - ÖZƏL - FOTO

Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində YAP Suraxanı rayon təşkilatı tərəfindən "Nə qədər ki Azərbaycan var, mən də varam" adlı tədbir keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili Afət Həsənova məlumat verib. Bildirib ki, tədbir iştirakçıları ilkin olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla andıqdan sonra, tədbiri  Mədəniyyət Mərkəzində davam edib: "Tədbirdə həmçinin, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulan gənclərə isə üzvlük vəsiqələri də təqdim edildi.Tədbir konsert proqramı ilə başa çatdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31