Dövlət-vətəndaş cəmiyyəti münasibətləri keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub - ÖZƏL

"Artıq post-münaqişə dövrünün yeni reallıqlarından irəli gələrək Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları fəaliyyətlərini bu reallıqlara əsasən formalaşdırır. Bütün dövlətlərdə olduğu kimi Azərbaycanda da vətəndaş cəmiyyəti təşkilatları dövlətin vacib sütunlarından sayılır və ölkənin ictimai həyatında fəal rol alır".

Bu fikirləri "OLAYLAR"-a dövlət-vətəndaş cəmiyyəti münasibətləri üzrə Qlazqo Universitetinin məzunu Vüqar Əhmədov səsləndirib. O bildirib ki,  bu gün dövlət-vətəndaş cəmiyyəti münasibətləri keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub və bir-birinin fəaliyyətini sinxronlu şəkildə tamamlayır:

"Xankəndi-Laçın yolunda başladılmış aksiyanın əsas təşəbbüskarı rolunda çıxış edən vətəndaş cəmiyyəti sektoru dövlətin başlatmış olduğu milli maraqlarımızın qorunması işini sivil mübarizə ilə davam etdirmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31