İlham Əliyev: Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq
3 May 2023 21:43 SiyasətBiz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda konfransda çıxışı zamanı deyib.
"Bizim Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var - təkcə qaz deyil, buraya bərpaolunan enerji və yaşıl hidrogen daxildir. Yəni, portfel olduqca genişdir. Biz 2027-ci il üçün qaz təchizatımızı iki dəfə artıracağıq. Bu, təqribən 20 milyard kubmetrdir. Hesab edirəm ki, bu, tamamilə realdır", - deyə dövlətimizin başçısı vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31